Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 21

Süleymanin Məsəlləri 21:18-26

Help us?
Click on verse(s) to share them!
18Pis insan salehin yerinə, Xain əməlisalehin əvəzinə girov verilər.
19Davakar, deyingən arvadla yaşamaqdansa Çöllükdə yaşamaq yaxşıdır.
20Hikmətlinin evində istənilən xəzinə və bolluq var, Axmağın nəyi varsa, yeyib-qurtarar.
21Salehlik və sədaqətin ardınca gedən Həyat, salehlik və şərəf tapar.
22Bir hikmətli qəhrəmanların şəhərinə hücum çəkər, Alınmaz qalanı darmadağın edər.
23Ağzını, dilini tutan insan Canını bəlalardan saxlayar.
24Lovğa, təkəbbürlü adam rişxəndçi adlanır, Lovğalandıqca lovğalanır.
25Tənbəlin arzusu onu ölümə aparır, Çünki əlləri zəhmətdən qaçır.
26Tənbəl bütün gün çox şey arzulayar, Salehsə əsirgəmədən azuqə paylayar.

Read Süleymanin Məsəlləri 21Süleymanin Məsəlləri 21
Compare Süleymanin Məsəlləri 21:18-26Süleymanin Məsəlləri 21:18-26