4Dilin sözlərindən dərin sular yaranar, Hikmət qaynağından çay axar.
5Məhkəmədə salehi haqsız çıxarmaq üçün Pis adama tərəfkeşlik etmək yaxşı deyil.
6Axmağın dili münaqişəyə girişər, Ağzı özünü döydürər.
7Axmağın ağzı onu bəlaya salar, Dili canına tələ qurar.
8Qeybətçinin sözləri şirin tikələrə bənzər, Mədənin ən dərin yerlərinə düşər.
9Ləng işləyən dağıdıcıya yoldaşdır.
10Rəbbin adı qüvvətli bir qaladır, Saleh qaçıb ona pənah aparır.
11Varlı üçün sərvəti ona qala şəhəridir, Öz gümanında özü üçün pənah hasarı tikir.
12Ürəyin təkəbbürü əcəldən əvvəl gələr, İtaətkarlıq şərəfdən əvvəl gələr.
13Eşitməzdən qabaq cavab vermək Səfehlik və rüsvayçılıqdır.
14Xəstənin ürəyi bütün ağrıları çəkər. Amma ürəyi sınıqdırsa, buna necə dözər?
15Dərrakəli ürək bilik qazanar, Hikmətlinin qulağı bilik axtarar.
16İnsanın hədiyyəsi ona yol açar, Böyük adamların hüzuruna aparar.