Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 18

Süleymanin Məsəlləri 18:13-19

Help us?
Click on verse(s) to share them!
13Eşitməzdən qabaq cavab vermək Səfehlik və rüsvayçılıqdır.
14Xəstənin ürəyi bütün ağrıları çəkər. Amma ürəyi sınıqdırsa, buna necə dözər?
15Dərrakəli ürək bilik qazanar, Hikmətlinin qulağı bilik axtarar.
16İnsanın hədiyyəsi ona yol açar, Böyük adamların hüzuruna aparar.
17İddiasını əvvəl deyən haqlı görünər, Amma əleyhdarı gəlib onu istintaq edər.
18Püşk atmaq davaları yatırar, Savaşanları bir-birindən ayırar.
19İncik qardaşın könlünü almaq qalalı şəhəri almaqdan daha çətindir, Belə davalar qapısı cəftəli qala kimidir.

Read Süleymanin Məsəlləri 18Süleymanin Məsəlləri 18
Compare Süleymanin Məsəlləri 18:13-19Süleymanin Məsəlləri 18:13-19