Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 17

Süleymanin Məsəlləri 17:3-9

Help us?
Click on verse(s) to share them!
3Qızıl-gümüş isti kürədə yoxlanar, Rəbb isə ürəyi araşdırar.
4Pis adamın diqqəti şər ağızdadır, Yalançı fitnəkarın sözlərinə qulaq asır.
5Yoxsula rişxənd edən Yaradanına xor baxır, Başqasının bəlasına sevinən cəzasız qalmır.
6Nəvələr ahılların tacıdır, Oğulların şərəfi atalarıdır.
7Sarsağa bəlağətli söz yaraşmadığı kimi Əsilzadəyə də yalançı dil yaraşmaz.
8Rüşvət verənin gözündə rüşvət bir tilsimdir, Çünki hansı tərəfə getsə, uğur gətirir.
9Günahı örtən məhəbbət axtarar, Sözgəzdirən əziz dostları ayırar.

Read Süleymanin Məsəlləri 17Süleymanin Məsəlləri 17
Compare Süleymanin Məsəlləri 17:3-9Süleymanin Məsəlləri 17:3-9