9İnsan ürəyində özü üçün yol qurar, Amma Rəbbin verdiyi istiqamətlə addımlar.
10Padşah uzaqgörənliklə dilindən sözlər çıxarar, Qoy onda məhkəmədə ədalətdən yan keçməsin.
11Rəbb düzgün tərəzi və çəkini tələb edər, O, torbadakı hər çəki daşını müəyyən edər.
12Şər iş görmək padşahlarda ikrah yaradar, Çünki salehliklə taxtlar möhkəm olar.
13Saleh adamın dili padşahları razı salar, Onlar düz danışanı sevər.
14Padşahın hiddəti ölüm elçisidir, Amma hikmətli insan bu hiddəti yatırar.
15Padşahın üzü nuranidirsə, demək, həyat var, Razılığı yaz yağışı gətirən buluda oxşar.
16Qızıldan çox hikmət qazanmaq yaxşıdır, Gümüşü yox, idrakı yığmaq üstün tutular.
17Əməlisalehlər pislikdən dönmək yolunu tutar, Yoluna diqqət edən canını qoruyar.
18Əcəldən əvvəl təkəbbür gələr, Fəlakətdən əvvəl lovğalıq ruhu gələr.
19Məzlumlar arasında sadə qəlbli olmaq Təkəbbürlülərlə talan malı bölüşdürməkdən yaxşıdır.