7Hikmətlinin dili bilik səpələyir, Axmağın qəlbi bunu edə bilmir.
8Rəbb şər insanın etdiyi qurbandan ikrah edir, Əməlisalehlərin duasından isə razı qalır.
9Rəbb şər insanın yollarından ikrah edər, Amma salehliyin ardınca gedəni sevər.
10Düz yolu buraxana şiddətli töhmət verilər, Məzəmmətə nifrət edənə ölüm gələr.