22Məsləhətsiz niyyət boşa çıxar, Doğru nəsihət verən çoxdursa, uğur qazandırar.
23İnsan münasib cavab versə, şad olar, Sözü yerində demək nə yaxşıdır!
24Ağıllı insan aşağıdan – ölülər diyarından ayrılmaq üçün Həyat yolunu tutub yuxarı gedər.
25Rəbb təkəbbürlünün evini yıxar, Dul qadının sərhədini qoruyar.
26Pislərin məqsədləri Rəbdə ikrah yaradar, Ona xoş gələnlərin sözlərini təmiz sayar.
27Tamahkar külfətini əzaba salar, Rüşvətə nifrət edənin ömrü uzun olar.
28Saleh insan cavab verməzdən əvvəl qəlbində düşünər, Şər insanın dilindən pislik tökülər.
29Rəbb şər adamdan gen dayanar, Saleh insanların duasına qulaq asar.
30Nurlu gözlər qəlbi sevindirər, Yaxşı xəbər qəddi düzəldər.
31Həyatverici məzəmmətə qulaq asan Hikmətlilərin içərisində yaşar.
32Tərbiyəni rədd edən öz canına xor baxar, Məzəmmətə qulaq asan anlayış qazanar.
33Rəbb qorxusu hikmət tərbiyəsi verər, İtaətkarlıq şərəfdən əvvəl gələr.