Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 15

Süleymanin Məsəlləri 15:15-23

Help us?
Click on verse(s) to share them!
15Məzlumun hər günü qaradır, Ürəyi bəxtəvərin elə bil daima ziyafəti var.
16Rəbb qorxusu ilə qazanılan az şey Qayğı ilə yığılan böyük xəzinədən yaxşıdır.
17Sevgi dolu bir yerdə göyərti yemək Nifrət dolu bir yerdə yağlı dana əti yeməkdən yaxşıdır.
18Kəmhövsələ dava yaradar, Səbirli münaqişəni sovuşdurar.
19Tənbəlin yolunu tikanlar basar, Əməlisalehlərin yolu baş yoldur.
20Hikmətli oğul atasını sevindirər, Axmaq anasına xor baxar.
21Qanmaz səfehlikdən sevinər, Dərrakəli düz yolla gedər.
22Məsləhətsiz niyyət boşa çıxar, Doğru nəsihət verən çoxdursa, uğur qazandırar.
23İnsan münasib cavab versə, şad olar, Sözü yerində demək nə yaxşıdır!

Read Süleymanin Məsəlləri 15Süleymanin Məsəlləri 15
Compare Süleymanin Məsəlləri 15:15-23Süleymanin Məsəlləri 15:15-23