11Ölüm və Həlak yeri Rəbbə aşkardır, Gör O, insan ürəyindən necə agahdır.
12Rişxəndçi iradı sevməz, Hikmətlilərin yanına gəlməz.
13Qəlbin sevinci üzü xoş edər, Ürəyin kədəri könlü sındırar.
14Dərrakəlinin könlü bilik axtarar, Axmaqların ağzı səfehliklə qidalanar.
15Məzlumun hər günü qaradır, Ürəyi bəxtəvərin elə bil daima ziyafəti var.
16Rəbb qorxusu ilə qazanılan az şey Qayğı ilə yığılan böyük xəzinədən yaxşıdır.
17Sevgi dolu bir yerdə göyərti yemək Nifrət dolu bir yerdə yağlı dana əti yeməkdən yaxşıdır.
18Kəmhövsələ dava yaradar, Səbirli münaqişəni sovuşdurar.
19Tənbəlin yolunu tikanlar basar, Əməlisalehlərin yolu baş yoldur.