9Səfehlər günaha rişxənd edər, Əməlisalehlər bir-birini məmnun edər.
10Ürək öz dərdini bilər, Özgələr onun sevincinə şərik olmaz.
11Şərin evi tar-mar olar, Əməlisalehlərin yurdu çiçək açar.
12Yol var ki, insanın qarşısında düz görünür, Amma sonu ölümdür.
13Ürək güləndə də qəmli olar, Sevincin sonunda da kədər var.
14Azğın ürəklilər öz yollarının bəhrəsini doyunca yeyir, Yaxşı adam isə əməlinin əvəzini alır.
15Cahil hər sözə inanar, Uzaqgörən hər addımına nəzər salar.
16Hikmətli qorxub pislikdən dönər, Axmaq ehtiyatsızdır, özünə güvənər.