16Hikmətli qorxub pislikdən dönər, Axmaq ehtiyatsızdır, özünə güvənər.
17Hövsələsiz səfeh-səfeh iş görər, Pisniyyət adama nifrət edilər.
18Cahil səfehliyi irs alar, Uzaqgörənin başına bilik tacı qoyular.
19Pislər yaxşıların qarşısında, Şər adam isə salehin qapısında əyilər.
20Yoxsula qonşusu da nifrət edər, Zəngini isə çox adam sevər.
21Qonşusuna xor baxan günaha batar, Məzluma səxavət göstərən nə bəxtiyardır!
22Şər quranlar yolundan azmırlarmı? Məqsədi xeyirxahlıq olan xeyirxahlığa, sədaqətə çatar.