7Adam var ki, heç nəyi yoxdur, özünü varlı göstərir, Adam var ki, malı çoxdur, özünü yoxsul göstərir.
8Sərvət insanın canını təhlükədən qurtarar, Yoxsul isə hədə-qorxu eşitməz.
9Saleh insanların işığı könlü sevindirər, Şər insanların çırağı sönər.
10Təkəbbürdən ancaq münaqişə yaranar, Yaxşı nəsihətə qulaq asanın hikməti var.
11Kələklə gələn sərvət azalar, Zəhmətlə qazanılan sərvət isə artar.