3Dilini saxlayan canını qoruyar, Boşboğaz başını bəlaya salar.
4Tənbəl arzuladığına çatmaz, Çalışqan bolluğa qovuşar.
5Saleh adam yalana nifrət edər, Şər insanın sözləri xəcalət və rüsvayçılıq gətirər.
6Kamillik yolunda olanı salehlik qoruyar, Günahkarı şər yıxar.