Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 13

Süleymanin Məsəlləri 13:17-22

Help us?
Click on verse(s) to share them!
17Pis qasid bəlaya düşər, Etibarlı elçi şəfa verər.
18Tərbiyəni rədd edən yoxsullaşıb şərəfdən düşər, Məzəmməti qəbul edən şərəfə yetişər.
19Arzuya çatmaq qəlbə, cana şirin gələr, Axmaq pislikdən dönməyə ikrah edər.
20Hikmətli ilə oturub-duran hikmət qazanar, Axmaqlarla ayaqlaşan bədbəxt olar.
21Günahkarı şər qovar, Salehin yaxşı bir əvəzi var.
22Yaxşı insan nəvələrinə də irs qoyar, Günahkarın yığdığı sərvət salehə qalar.

Read Süleymanin Məsəlləri 13Süleymanin Məsəlləri 13
Compare Süleymanin Məsəlləri 13:17-22Süleymanin Məsəlləri 13:17-22