16Uzaqgörən hər gördüyü işi bilir, Axmaq öz səfehliyini hamıya göstərir.
17Pis qasid bəlaya düşər, Etibarlı elçi şəfa verər.
18Tərbiyəni rədd edən yoxsullaşıb şərəfdən düşər, Məzəmməti qəbul edən şərəfə yetişər.
19Arzuya çatmaq qəlbə, cana şirin gələr, Axmaq pislikdən dönməyə ikrah edər.
20Hikmətli ilə oturub-duran hikmət qazanar, Axmaqlarla ayaqlaşan bədbəxt olar.
21Günahkarı şər qovar, Salehin yaxşı bir əvəzi var.