11Kələklə gələn sərvət azalar, Zəhmətlə qazanılan sərvət isə artar.
12Gecikən ümid ürəyi xəstələndirir, Arzuya çatmaq həyat ağacıdır.
13Öyüdə xor baxan öz canını həlak edər, Əmrə ehtiram edənlərə mükafat verilər.
14Hikmətli adamın təlimi həyat qaynağıdır, İnsanı ölüm tələsinə düşməkdən geri qaytarır.
15Dərin ağlı olan lütf qazanır, Xainin yolu dolaşıqdır.
16Uzaqgörən hər gördüyü işi bilir, Axmaq öz səfehliyini hamıya göstərir.
17Pis qasid bəlaya düşər, Etibarlı elçi şəfa verər.
18Tərbiyəni rədd edən yoxsullaşıb şərəfdən düşər, Məzəmməti qəbul edən şərəfə yetişər.
19Arzuya çatmaq qəlbə, cana şirin gələr, Axmaq pislikdən dönməyə ikrah edər.
20Hikmətli ilə oturub-duran hikmət qazanar, Axmaqlarla ayaqlaşan bədbəxt olar.
21Günahkarı şər qovar, Salehin yaxşı bir əvəzi var.
22Yaxşı insan nəvələrinə də irs qoyar, Günahkarın yığdığı sərvət salehə qalar.