9Allahsızın dili qonşusunu məhv edər, Bilik salehi xilas edər.
10Salehlər xeyrə çatanda bütün şəhər şad olar, Şər adamlar öləndə sevinc harayı qalxar.
11Əməlisalehlərin alqışı şəhəri şərəfə çatdırar, Lakin şərin qarğışı oranı viran qoyar.
12Qanmaz qonşusuna xor baxar, Dərrakəli insan dinc dayanar.
13Sözgəzdirən sirləri açıb yayar, Etibarlı adam sözü gizli saxlar.