Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 11

Süleymanin Məsəlləri 11:21-31

Help us?
Click on verse(s) to share them!
21Doğrudan da, pis cəzasız qalmaz, Salehlərin nəsli xilas olar.
22Bir gözəl qadının xoş rəftarı olmazsa, Burnuna qızıl halqa taxılmış donuza bənzər.
23Salehlər yalnız yaxşılıq arzular, Şər adama qəzəb nəsib olar.
24Əliaçıq adamın bərəkəti artar, Başqasının qazancını yeyən ehtiyaca düşər.
25Comərd bolluğa yetişər, Su verənə su verilər.
26Taxılı anbarda gizlədənə camaat lənət oxuyar, Onu satanın başına bərəkət yağar.
27Səylə yaxşılığın ardınca gedən lütf axtarar, Şər ardınca düşən isə başını bəlaya salar.
28Sərvətinə güvənənlər yıxılar, Salehlər isə yaşıl yarpaq kimi təzələnər.
29Külfətini əzaba salanın nəsibi yel tək sovrular, Qəlbində hikmət olana səfeh qul olar.
30Salehin barı həyat ağacıdır, Hikmətli insan canları qurtarar.
31Əgər bu dünyada salehlərə belə, cəza verilirsə, Pislərə, günahkarlara gör nə qədər cəza verilər!

Read Süleymanin Məsəlləri 11Süleymanin Məsəlləri 11
Compare Süleymanin Məsəlləri 11:21-31Süleymanin Məsəlləri 11:21-31