17Tərbiyəyə bağlanan həyat yolunda olar, Məzəmməti rədd edən yolunu azar.
18Nifrətini gizlədən yalan danışar, Axmaq hər yana böhtanlar yayar.
19Çox sözlərlə günahı azaltmaq olmaz, Dilini saxlayan ağıllıdır.
20Saleh insanın dili saf gümüşə oxşar, Şər adamın qəlbinin dəyəri az olar.
21Saleh öz dili ilə çox adamı doydurar, Səfeh qanmazlığı üzündən həlak olar.
22Rəbbin xeyir-duası insana sərvət gətirər, Daha ona qüssə verməz.
23Axmaq üçün şər iş görmək bir əyləncədir, Dərrakəlininsə hikməti var.
24Şər adam nədən qorxursa, başına gələr, Saleh isə muradına çatar.