Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yeşua - Yeşua 15

Yeşua 15:13-20

Help us?
Click on verse(s) to share them!
13Rəbbin əmrinə görə Yeşua Yəhudalıların torpağında olan Qiryat-Arbanı, yəni Xevronu irs olaraq Yefunne oğlu Kalevə verdi. Arba Anaqın atası idi.
14Kalev Anaq oğullarından Anaqın üç oğlu Şeşayı, Aximanı və Talmayı oradan qovdu.
15Bundan sonra Devir əhalisinə qarşı çıxdı. Devirin əvvəlki adı Qiryat-Sefer idi.
16Kalev dedi: «Kim Qiryat-Seferliləri qırıb oranı alarsa, qızım Aksanı ona ərə verəcəyəm».
17Oranı Kalevin qardaşı Kenazın oğlu Otniel aldı. Kalev də qızı Aksanı ona ərə verdi.
18Aksa ona ərə gedəndə ərini atasından bir tarla istəməyə sövq etdirdi. Qız eşşəyindən düşəndə Kalev ona dedi: «Nə istəyirsən?»
19Aksa dedi: «Mənə bir pay da ver. Madam ki Negev torpağını mənə verdin, onda su qaynaqlarını da mənə ver». Kalev ona yuxarıdakı və aşağıdakı su qaynaqlarını verdi.
20Nəsillərinə görə Yəhuda övladlarının qəbiləsinin irs torpağı budur:

Read Yeşua 15Yeşua 15
Compare Yeşua 15:13-20Yeşua 15:13-20