Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Romalilara - Romalilara 12

Romalilara 12:5-20

Help us?
Click on verse(s) to share them!
5Eləcə biz də çox olduğumuz halda Məsihdə bir bədənik və ayrı-ayrılıqda bir-birimizə bağlı üzvlərik.
6Allahın bizə bağışladığı lütfə görə müxtəlif ruhani ənamlarımız var. Bir kəsin ənamı peyğəmbərlikdirsə, imanının ölçüsünə görə peyğəmbərlik etsin;
7ənamı xidmətdirsə, xidmət etsin; müəllimlikdirsə, öyrətsin;
8nəsihət verəndirsə, nəsihət versin; pay verəndirsə, səxavətlə, rəhbərdirsə, səylə, mərhəmət göstərəndirsə, sevinə-sevinə öz işini görsün.
9Qoy məhəbbətiniz riyasız olsun. Pislikdən ikrah edin, yaxşılığa bağlanın.
10Qardaşlıq sevgisi ilə bir-birinizi sevin. Hörmət göstərməkdə bir-birinizi qabaqlayın.
11Səyiniz azalmasın, ruhunuz alovlu olsun. Rəbbə qulluq edin.
12Ümidinizlə sevinin. Əziyyətdə dözümlü olun. Dayanmadan dua edin.
13Ehtiyac içində olan müqəddəslərə yardım etməyə şərik olun. Qonaqpərvər olmağa səy göstərin.
14Sizi təqib edənlərə xeyir-dua verin; lənət yox, xeyir-dua verin.
15Sevinənlərlə sevinin, ağlayanlarla ağlayın.
16Bir-birinizlə həmfikir olun; təkəbbürlü olmayın, məzlumlarla dostluq edin. Özünüzü ağıllı saymayın.
17Heç kimə pislik əvəzinə pislik etməyin. Hamının gözündə yaxşı olan işlər görməyə diqqət yetirin.
18İmkan daxilində bacardıqca bütün adamlarla sülh içində yaşayın.
19Ey sevimlilər, heç kəsdən qisas almayın, Allahın qəzəbinə yer verin. Çünki yazılıb ki, Rəbb belə deyir: «Qisas Mənimdir, əvəzini Mən verəcəyəm».
20Əksinə, «düşmənin acdırsa, onu yedizdir, susuzdursa, ona su ver. Belə etməklə sanki onun başına köz tökərsən».

Read Romalilara 12Romalilara 12
Compare Romalilara 12:5-20Romalilara 12:5-20