Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Birinci Padşahlar - Birinci Padşahlar 2

Birinci Padşahlar 2:7-14

Help us?
Click on verse(s) to share them!
7Gileadlı Barzillayın oğullarına xeyirxahlıq et, qoy süfrəndə yemək yeyənlərin arasında olsunlar. Çünki mən qardaşın Avşalomun önündən qaçdığım vaxt onlar mənə kömək etdilər.
8Baxurimdən olan Binyaminli Gera oğlu Şimey də sənin yanındadır. Maxanayimə getdiyim gün o məni ağır lənətlədi. Ancaq sonra məni qarşılamaq üçün İordan çayı sahilinə endi və mən ona “səni qılıncla öldürməyəcəyəm” deyə Rəbbin haqqı üçün and içdim.
9İndi onu cəzasız qoyma, çünki sən müdrik adamsan və ona nə edəcəyini bilirsən. Onun ağarmış başını qan içində ölülər diyarına göndər».
10Davud ataları ilə uyudu və Davudun şəhərində basdırıldı.
11Davud İsrail üzərində qırx il padşah olmuşdu: yeddi il Xevronda və otuz üç il Yerusəlimdə padşahlıq etmişdi.
12Süleyman atası Davudun taxtında oturdu və onun padşahlığı çox möhkəm oldu.
13Haqqit oğlu Adoniya Süleymanın anası Bat-Şevanın yanına gəldi. Bat-Şeva dedi: «Xeyirlə gəlirsənmi?» Adoniya «bəli» deyə cavab verdi.
14Sonra dedi: «Sənə söyləyəcək sözüm var». Bat-Şeva «söylə» dedi.

Read Birinci Padşahlar 2Birinci Padşahlar 2
Compare Birinci Padşahlar 2:7-14Birinci Padşahlar 2:7-14