Text copied!
Bibles in South Azerbaijani

Birinci Padşahlar 2:7-14 in South Azerbaijani

Help us?

Birinci Padşahlar 2:7-14 in Azərbaycan dilində Müqəddəs Kitab

7 Gileadlı Barzillayın oğullarına xeyirxahlıq et, qoy süfrəndə yemək yeyənlərin arasında olsunlar. Çünki mən qardaşın Avşalomun önündən qaçdığım vaxt onlar mənə kömək etdilər.
8 Baxurimdən olan Binyaminli Gera oğlu Şimey də sənin yanındadır. Maxanayimə getdiyim gün o məni ağır lənətlədi. Ancaq sonra məni qarşılamaq üçün İordan çayı sahilinə endi və mən ona “səni qılıncla öldürməyəcəyəm” deyə Rəbbin haqqı üçün and içdim.
9 İndi onu cəzasız qoyma, çünki sən müdrik adamsan və ona nə edəcəyini bilirsən. Onun ağarmış başını qan içində ölülər diyarına göndər».
10 Davud ataları ilə uyudu və Davudun şəhərində basdırıldı.
11 Davud İsrail üzərində qırx il padşah olmuşdu: yeddi il Xevronda və otuz üç il Yerusəlimdə padşahlıq etmişdi.
12 Süleyman atası Davudun taxtında oturdu və onun padşahlığı çox möhkəm oldu.
13 Haqqit oğlu Adoniya Süleymanın anası Bat-Şevanın yanına gəldi. Bat-Şeva dedi: «Xeyirlə gəlirsənmi?» Adoniya «bəli» deyə cavab verdi.
14 Sonra dedi: «Sənə söyləyəcək sözüm var». Bat-Şeva «söylə» dedi.
Birinci Padşahlar 2 in Azərbaycan dilində Müqəddəs Kitab