Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yeşua - Yeşua 19

Yeşua 19:27-41

Help us?
Click on verse(s) to share them!
27Gündoğana tərəf Bet-Daqona dönürdü. Sonra şimala tərəf Zevuluna, İftah-El dərəsinə, oradan Bet-Emeqə, Neielə çatırdı, sonra şimala doğru Kavula,
28Evrona, Rexova, Xammona, Qanaya, böyük Sidona qədər çatırdı.
29Onda sərhəd Ramaya, qalalı Sur şəhərinə dönürdü. Sərhəd Xosaya dönürdü, sonu Akziv,
30Uma, Afeq, Rexov torpağında dənizdə qurtarırdı. Bunlar kəndləri ilə birlikdə iyirmi iki şəhər idi.
31Nəsillərinə görə Aşer övladları qəbiləsinin irs olan torpaqları kəndləri ilə birlikdə bu şəhərlər idi.
32Altıncı püşk Naftali övladları üçün nəsillərinə görə Naftali övladlarına düşdü.
33Onların sərhədi Xelefdən Saanannimdəki palıd ağacından başlayaraq Adami-Negev və Yavneeli keçib Laqquma çatır, sonu isə İordan çayında bitirdi.
34Sərhəd qərbə doğru Aznot-Tavora dönüb oradan Xuqoqa qalxırdı. Cənubda Zevuluna, qərbdə Aşerə, gündoğana tərəf İordan çayına çatırdı.
35Qalalı şəhərlər bunlar idi: Siddim, Ser, Xammat, Raqqat, Kinneret,
36Adama, Rama, Xasor,
37Qedeş, Edrei, En-Xasor,
38İreon, Miqdal-El, Xorem, Bet-Anat, Bet-Şemeş. Bunlar kəndləri ilə birlikdə on doqquz şəhər idi.
39Nəsillərinə görə Naftali övladları qəbiləsinin irs olan torpaqları kəndləri ilə birlikdə bu şəhərlər idi.
40Yeddinci püşk nəsillərinə görə Dan övladları qəbiləsinə düşdü.
41İrs torpaqları bunlar idi: Sora, Eştaol, İr-Şemeş,

Read Yeşua 19Yeşua 19
Compare Yeşua 19:27-41Yeşua 19:27-41