Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yeşua - Yeşua 15

Yeşua 15:1-39

Help us?
Click on verse(s) to share them!
1Nəsillərinə görə Yəhuda övladları qəbiləsinin irs torpağı Edom sərhədinə, cənuba doğru və oranın ən cənubunda yerləşən Zin səhrasına qədər idi.
2Onların cənub sərhədi Duz dənizi qurtaran yerdən – cənubda yerləşən körfəzdən başlayırdı.
3Aqrabbim keçidinin cənubundan keçib Zinə çatırdı və oradan Qadeş-Barneanın cənubundan qalxaraq Xesrona çatırdı. Buradan Addara qalxıb Qarqaya dönürdü.
4Sonra isə Asmonadan keçib Misir vadisinə çıxırdı və bu sərhədin sonu dənizdə qurtarırdı. Rəbb demişdi ki, cənub sərhədiniz bura olacaq.
5Şərq sərhədi İordan çayının mənsəbindən Duz dənizi boyunca idi. Şimal tərəfdən isə bu sərhəd İordan çayının mənsəbində yerləşən su körfəzindən başlayırdı.
6Sonra bu sərhəd Bet-Xoqlaya qalxaraq Bet-Aravanın şimalından keçirdi və Ruven oğlu Bohanın qayasına çatırdı.
7Sonra isə Akor dərəsindən Devirə çıxıb oranın cənubundakı Adummim yoxuşu qarşısında olan Qilqala doğru, şimala yönəlirdi. Buradan isə En-Şemeş sularına keçirdi və onun sonu En-Rogeldə qurtarırdı.
8Sonra sərhəd Ben-Hinnom vadisindən cənuba doğru Yevusluların şəhərinin, yəni Yerusəlimin arxasından keçib buradan Refaim vadisinin şimal qütbündə olan Hinnom vadisinin qərbindəki dağın təpəsinə qalxırdı.
9Bu dağın təpəsindən isə Neftoah sularının mənbəyinə doğru uzanıb Efron dağındakı şəhərlərə çıxır və oradan Baalaya, yəni Qiryat-Yearimə tərəf uzanırdı.
10Baaladan qərbə doğru, Seir dağına qədər dönəndən sonra Yearim dağının, yəni Kesalonun şimal tərəfindən keçib Bet-Şemeşə enərək Timnaya çatırdı.
11Sonra isə Eqronun yanından şimala doğru çıxaraq Şikkerona uzanıb Baala dağına keçərək Yavneelə qalxırdı. Burada sərhədin sonu dənizdə qurtarırdı.
12Böyük dənizin sahili qərb sərhədi idi. Nəsillərinə görə Yəhuda övladlarına verilən torpağın sərhədi belə idi.
13Rəbbin əmrinə görə Yeşua Yəhudalıların torpağında olan Qiryat-Arbanı, yəni Xevronu irs olaraq Yefunne oğlu Kalevə verdi. Arba Anaqın atası idi.
14Kalev Anaq oğullarından Anaqın üç oğlu Şeşayı, Aximanı və Talmayı oradan qovdu.
15Bundan sonra Devir əhalisinə qarşı çıxdı. Devirin əvvəlki adı Qiryat-Sefer idi.
16Kalev dedi: «Kim Qiryat-Seferliləri qırıb oranı alarsa, qızım Aksanı ona ərə verəcəyəm».
17Oranı Kalevin qardaşı Kenazın oğlu Otniel aldı. Kalev də qızı Aksanı ona ərə verdi.
18Aksa ona ərə gedəndə ərini atasından bir tarla istəməyə sövq etdirdi. Qız eşşəyindən düşəndə Kalev ona dedi: «Nə istəyirsən?»
19Aksa dedi: «Mənə bir pay da ver. Madam ki Negev torpağını mənə verdin, onda su qaynaqlarını da mənə ver». Kalev ona yuxarıdakı və aşağıdakı su qaynaqlarını verdi.
20Nəsillərinə görə Yəhuda övladlarının qəbiləsinin irs torpağı budur:
21Yəhuda övladları qəbiləsinin Edom sərhədinə doğru ən cənubda yerləşən şəhərləri bunlardır: Qavseel, Eder, Yaqur,
22Qina, Dimona, Adada,
23Qedeş, Xasor, İtnan,
24Zif, Telem, Bealot,
25Xasor-Xadatta, Qeriyot-Xesron, yəni Xasor
26Amam, Şema, Molada,
27Xasar-Qadda, Xeşmon, Bet-Pelet,
28Xasar-Şual, Beer-Şeva, Bizyotya,
29Baala, İyim, Esem,
30Eltolad, Kesil, Xorma,
31Ziqlaq, Madmanna, Sansanna,
32Levaot, Şilxim, Ayin və Rimmon. Bu şəhərlərin hamısı kəndləri ilə birlikdə iyirmi doqquz şəhər idi.
33Yamaclı-düzənlikli bölgədə yerləşən şəhərlər isə bunlardır: Eştaol, Sora, Aşna,
34Zanoah, En-Qannim, Tappuah, Enam,
35Yarmut, Adullam, Soko, Azeqa,
36Şaarayim, Aditayim, Gedera və Gederotayim. Bunlar da kəndləri ilə birlikdə on dörd şəhər idi.
37Senan, Xadaşa, Miqdal-Qad,
38Dilan, Mispe, Yoqteel,
39Lakiş, Bosqat, Eqlon,

Read Yeşua 15Yeşua 15
Compare Yeşua 15:1-39Yeşua 15:1-39