17Qardaşlar, sizə yalvarıram ki, öyrəndiyiniz təlimin əleyhinə çıxaraq ayrılıq salan və büdrəməyə səbəb olan adamlara nəzarət edin və onlardan uzaq durun.
18Çünki belə adamlar Rəbbimiz Məsihə deyil, öz qarınlarına qulluq edirlər; onlar yağlı və yaltaq nitqləri ilə sadəlövh adamların ürəklərini tovlayırlar.
19Sizin itaətiniz hamıya bəllidir. Buna görə də sizin üçün sevinirəm. Amma istəyirəm ki, yaxşı işlərdə müdrik, pis işlərdə məsum olasınız.
20Sülh qaynağı olan Allah Şeytanı tezliklə ayaqlarınızın altında əzəcək. Rəbbimiz İsanın lütfü sizə yar olsun!