Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Həvarilərin Işləri - Həvarilərin Işləri 10

Həvarilərin Işləri 10:13-24

Help us?
Click on verse(s) to share them!
13Ona bir səda gəldi: «Qalx, Peter, kəs və ye!»
14Peter Ona dedi: «Əsla, ya Rəbb! Mən heç vaxt nə haram, nə də murdar bir şey yeməmişəm».
15Səda ikinci dəfə yenə gəldi və Peterə dedi: «Allahın halal dediyi şeylərə sən haram demə».
16Bu, üç dəfə təkrarlanandan sonra o şey dərhal göyə çəkildi.
17Peter bu görüntünün mənası barədə fikirləri ilə çaşbaş qalanda Kornelinin göndərdiyi adamlar Şimonun evini soruşurdular. Onlar qapı ağzında dayanıb
18bərkdən soruşdular: «Peter deyə çağırılan Şimon burada qalırmı?»
19Bu zaman görüntü barədə fikirləşən Peterə Ruh belə dedi: «Bax səni üç kişi axtarır.
20Dur, aşağı en və heç tərəddüd etmədən onlarla get. Çünki onları Mən göndərmişəm».
21Peter aşağı enib həmin adamlara dedi: «Axtardığınız adam mənəm. Niyə gəlmisiniz?»
22Onlar dedilər: «Korneli adlı bir yüzbaşı var. O, saleh və Allahdan qorxan kişidir; buna bütün Yəhudi milləti də şahiddir. Müqəddəs bir mələk ona əmr etdi ki, səni öz evinə çağırtdırsın və deyəcəyin sözlərə qulaq assın».
23Bundan sonra Peter onları içəri dəvət edib qonaq saxladı. Ertəsi gün Peter qalxıb onlarla yola çıxdı və Yafodan olan bəzi qardaşlar da onlara qoşuldu.
24Sonrakı gün Qeysəriyyəyə çatdı. Korneli öz qohumlarını və yaxın dostlarını bir yerə yığıb onları gözləyirdi.

Read Həvarilərin Işləri 10Həvarilərin Işləri 10
Compare Həvarilərin Işləri 10:13-24Həvarilərin Işləri 10:13-24