Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Luka - Luka 23

Luka 23:5-12

Help us?
Click on verse(s) to share them!
5Amma onlar təkid edərək deyirdilər: «Bu Adam Qalileyadan tutmuş bu yerə qədər bütün Yəhudeyada təlim öyrədərək xalqı təşvişə salır».
6Pilat Qalileya barədə eşidib soruşdu: «Məgər bu Adam Qalileyalıdır?»
7İsanın Hirodun idarə etdiyi vilayətdən olduğunu bildikdə Onu Hirodun yanına göndərdi. Çünki o günlər Hirod da Yerusəlimdə idi.
8Hirod İsanı gördükdə çox sevindi. Onun haqqında eşitdiyi şeylərə görə Onu çoxdan görmək istəyirdi. Ondan bir əlamət görməyi umurdu.
9Hirod Ona çox suallar verdi, amma İsa ona heç bir cavab vermədi.
10Başçı kahinlər və ilahiyyatçılar durub Onu şiddətlə ittiham edirdilər.
11Hirod öz əsgərləri ilə Onu təhqir edib ələ saldı. Onun əyninə bir gözəl paltar geyindirib Pilatın yanına qaytardı.
12Əvvəllər düşmən olan Pilatla Hirod o gün bir-biri ilə dostlaşdı.

Read Luka 23Luka 23
Compare Luka 23:5-12Luka 23:5-12