Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Luka - Luka 21

Luka 21:20-30

Help us?
Click on verse(s) to share them!
20Qoşunların Yerusəlimi mühasirə etdiyini görəndə bilin ki, onun viranə qalacağı vaxt yaxınlaşmışdır.
21O zaman Yəhudeyada olanlar dağlara qaçsın, şəhərdə olanlar oradan çıxsın və ətrafda olanlar oraya girməsin.
22Çünki bu günlər qisas günləridir ki, bütün yazılanlar yerinə yetsin.
23Həmin günlər hamilələrin və körpə əmizdirənlərin vay halına! Çünki yer üzünün başına böyük fəlakət gələcək və bu xalq qəzəbə uğrayacaq.
24Onlar qılıncdan keçiriləcək və bütün millətlər arasına əsirliyə aparılacaq. Başqa millətlərin vaxtı tamam olanadək Yerusəlim başqa millətlərin ayağı altında tapdalanacaq.
25Günəşdə, ayda və ulduzlarda əlamətlər görünəcək. Yer üzündə dənizin və dalğaların gurultusundan millətlər çaşqınlıq içində qalıb əzab çəkəcək.
26İnsanlar qorxudan və dünya üzərinə gələn fəlakətləri gözləməkdən huşunu itirəcək, çünki səma cisimləri lərzəyə gələcək.
27O zaman onlar Bəşər Oğlunun bulud içində qüdrət və böyük izzətlə gəldiyini görəcək.
28Bu hadisələr yerinə yetməyə başladıqda başınızı qaldırın və yuxarı baxın, çünki satınalınmanız yaxınlaşır».
29İsa onlara bir məsəl də çəkdi: «Əncir ağacına və bütün ağaclara baxın:
30onların yarpaqlandığını görəndə bilirsiniz ki, yay fəsli artıq yaxındır.

Read Luka 21Luka 21
Compare Luka 21:20-30Luka 21:20-30