Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Luka - Luka 14

Luka 14:28-34

Help us?
Click on verse(s) to share them!
28Sizlərdən kimsə bir qüllə tikmək istəyirsə, əvvəlcə oturub onun xərclərini hesablamaz ki, görsün onu qurtarmaq üçün pulu çatacaq ya yox?
29Çünki qüllənin təməlini qoyub işi qurtara bilməsə, bunu görənlərin hamısı onu ələ salıb deyəcək:
30“Bu adam tikintiyə başlayıb qurtara bilmədi”.
31Yaxud da hansı padşah başqa padşahla müharibəyə gedəndə üstünə iyirmi min əsgərlə gələnə qarşı on min əsgərlə durmağa qadir olmağı əvvəlcə oturub götür-qoy eləməz?
32Əgər padşah buna qadir deyilsə, o biri padşahın hələ uzaqda olduğu vaxt elçilər göndərib sülh müqaviləsi bağlamaq istəyər.
33Eyni tərzdə sizdən hər biriniz bütün əmlakından əl çəkməsə, Mənim şagirdim ola bilməz.
34Duz yaxşı şeydir, amma əgər duz öz dadını itirərsə, ona nə ilə dad verilə bilər?

Read Luka 14Luka 14
Compare Luka 14:28-34Luka 14:28-34