Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Hakimlər - Hakimlər 2

Hakimlər 2:8-13

Help us?
Click on verse(s) to share them!
8Rəbbin qulu Nun oğlu Yeşua yüz on yaşında vəfat etdi.
9Onu Qaaş dağının şimalında, Efrayimin dağlıq bölgəsində olan Timnat-Xeres adlı irs olan torpaq sahəsində dəfn etdilər.
10Yeşua ilə bir dövrdə yaşayan bütün nəsil də ölüb atalarına qovuşdu. Bundan sonra Rəbbin İsrail üçün etdiyi işləri bilməyən başqa bir nəsil törədi.
11İsrail övladları Rəbbin gözündə pis olan işlər görərək Baal bütlərinə qulluq etdilər.
12Bununla da onları Misir ölkəsindən çıxaran atalarının Allahı Rəbbi atıb başqa allahlara – ətraflarında yaşayan millətlərin allahlarına sitayiş edərək onlara səcdə etdilər. Buna görə də Rəbbi qəzəbləndirdilər.
13Onlar Rəbbi ataraq Baal və Aştoret bütlərinə qulluq etdilər.

Read Hakimlər 2Hakimlər 2
Compare Hakimlər 2:8-13Hakimlər 2:8-13