Text copied!
Bibles in South Azerbaijani

Hakimlər 2:8-13 in South Azerbaijani

Help us?

Hakimlər 2:8-13 in Azərbaycan dilində Müqəddəs Kitab

8 Rəbbin qulu Nun oğlu Yeşua yüz on yaşında vəfat etdi.
9 Onu Qaaş dağının şimalında, Efrayimin dağlıq bölgəsində olan Timnat-Xeres adlı irs olan torpaq sahəsində dəfn etdilər.
10 Yeşua ilə bir dövrdə yaşayan bütün nəsil də ölüb atalarına qovuşdu. Bundan sonra Rəbbin İsrail üçün etdiyi işləri bilməyən başqa bir nəsil törədi.
11 İsrail övladları Rəbbin gözündə pis olan işlər görərək Baal bütlərinə qulluq etdilər.
12 Bununla da onları Misir ölkəsindən çıxaran atalarının Allahı Rəbbi atıb başqa allahlara – ətraflarında yaşayan millətlərin allahlarına sitayiş edərək onlara səcdə etdilər. Buna görə də Rəbbi qəzəbləndirdilər.
13 Onlar Rəbbi ataraq Baal və Aştoret bütlərinə qulluq etdilər.
Hakimlər 2 in Azərbaycan dilində Müqəddəs Kitab