Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Birinci Padşahlar - Birinci Padşahlar 4

Birinci Padşahlar 4:25-32

Help us?
Click on verse(s) to share them!
25Onun bütün ömrü boyu Dandan Beer-Şevaya qədər Yəhuda və İsraildə hər kəs öz üzüm meynəsinin və əncir ağacının altında dinclik içində yaşayırdı.
26Süleymanın qırx min axurunda döyüş arabaları üçün atları və on iki min atlısı var idi.
27Valilərin hər biri öz ayında padşah Süleymana və onun süfrəsinə gələnlərin hamısına ərzaq göndərirdi və heç bir şeyə ehtiyac qalmırdı.
28Hər vali ona verilmiş əmrə görə döyüş və çapar atlarının olduqları yerə arpa-saman göndərirdi.
29Allah Süleymana dəniz sahilindəki qum qədər bol hikmət, dərrakə və ürək genişliyi verdi.
30Süleymanın hikməti bütün şərq xalqlarının və Misirlilərin hikmətindən üstün idi.
31O bütün adamlardan, Ezrahlı Etandan, Maxolun oğulları Heman, Kalkol və Dardadan hikmətli idi, şöhrəti bütün ətraf millətlər arasında yayılmışdı.
32O, üç min məsəl söyləmişdi və onun min beş nəğməsi var idi.

Read Birinci Padşahlar 4Birinci Padşahlar 4
Compare Birinci Padşahlar 4:25-32Birinci Padşahlar 4:25-32