Text copied!
Bibles in South Azerbaijani

Birinci Padşahlar 4:25-32 in South Azerbaijani

Help us?

Birinci Padşahlar 4:25-32 in Azərbaycan dilində Müqəddəs Kitab

25 Onun bütün ömrü boyu Dandan Beer-Şevaya qədər Yəhuda və İsraildə hər kəs öz üzüm meynəsinin və əncir ağacının altında dinclik içində yaşayırdı.
26 Süleymanın qırx min axurunda döyüş arabaları üçün atları və on iki min atlısı var idi.
27 Valilərin hər biri öz ayında padşah Süleymana və onun süfrəsinə gələnlərin hamısına ərzaq göndərirdi və heç bir şeyə ehtiyac qalmırdı.
28 Hər vali ona verilmiş əmrə görə döyüş və çapar atlarının olduqları yerə arpa-saman göndərirdi.
29 Allah Süleymana dəniz sahilindəki qum qədər bol hikmət, dərrakə və ürək genişliyi verdi.
30 Süleymanın hikməti bütün şərq xalqlarının və Misirlilərin hikmətindən üstün idi.
31 O bütün adamlardan, Ezrahlı Etandan, Maxolun oğulları Heman, Kalkol və Dardadan hikmətli idi, şöhrəti bütün ətraf millətlər arasında yayılmışdı.
32 O, üç min məsəl söyləmişdi və onun min beş nəğməsi var idi.
Birinci Padşahlar 4 in Azərbaycan dilində Müqəddəs Kitab