Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Hakimlər - Hakimlər 6

Hakimlər 6:1-10

Help us?
Click on verse(s) to share them!
1İsrail övladları yenə də Rəbbin gözündə pis işlər gördülər və Rəbb də onları yeddi il Midyanlılara təslim etdi.
2Midyanlıların güclü əli İsraillilərin əleyhinə qalxdı və Midyanlıların üzündən İsrail övladları özləri üçün dağlarda sığınacaq yerləri, mağaralar və qalalar qurdular.
3İsraillilər əkin əkəndə Midyanlılar, Amaleqlilər və şərq xalqları gəlib İsrailə hücum edirdi.
4İsraildə ordugah quraraq Qəzzəyə çatana qədər torpağın məhsullarını məhv edirdilər. İstər qoyun, istər öküz, istərsə də eşşək olsun, İsraillilərə dolanmaq üçün heç nə qoymazdılar.
5Çünki onlar öz heyvanları və çadırları ilə çıxırdılar. Gələndə isə çəyirtkə kimi o qədər çox gəlirdilər ki, nə özlərinin, nə də dəvələrinin sayı-hesabı olmazdı. Onlar İsraili viran qoymaq üçün gəlirdilər.
6İsraillilər Midyanlıların əlindən çox yoxsullaşdı. Ona görə də İsrail övladları Rəbbə fəryad qopardı.
7Midyanlıların əlindən İsrail övladları Rəbbə fəryad edəndə
8Rəbb İsrail övladlarına bir peyğəmbər göndərdi. O, İsraillilərə belə dedi: «İsrailin Allahı Rəbb belə deyir: “Mən sizi Misirdən çıxardaraq köləlik diyarından qurtardım.
9Sizi Misirlilərin və bütün zülmkarların əlindən azad edərək onları qarşınızdan qovdum və torpaqlarını sizə verdim.
10Sizə dedim ki, Allahınız Rəbb Mənəm, torpağında yaşadığınız Emorluların allahlarına sitayiş etməyin. Siz isə Mənim sözümə qulaq asmadınız”».

Read Hakimlər 6Hakimlər 6
Compare Hakimlər 6:1-10Hakimlər 6:1-10