Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Həvarilərin Işləri - Həvarilərin Işləri 18

Həvarilərin Işləri 18:6-12

Help us?
Click on verse(s) to share them!
6Amma Yəhudilər onun əleyhinə çıxaraq böhtan atmağa başlayan kimi Paul yaxasını çırpıb onlara dedi: «Qanınız öz başınıza dönsün, mən bu işdə təmizəm. Bundan sonra başqa millətlərdən olanların yanına gedəcəyəm».
7Paul oradan çıxdı, Allaha mömin olan Titi Yust adlı bir nəfərin evinə getdi. Onun evi sinaqoqa bitişik idi.
8Sinaqoq rəisi Krisp bütün ev əhli ilə birgə Rəbbə iman etdi. Korinflilərin bir çoxu Paulu dinləyəndə iman gətirərək vəftiz oldu.
9Bir gecə Rəbb görüntüdə Paula dedi: «Qorxma, danış, susma.
10Bax Mən səninləyəm, heç kimin sənə pisliyi dəyməyəcək, çünki bu şəhərdə xalqım çoxdur».
11Paul orada il yarım qaldı və dayanmadan xalqa Allahın kəlamını öyrətdi.
12Axayya valisi Qalliyo olan zaman Yəhudilər birləşərək Paula hücum etdilər və onu valinin hökm kürsüsü qarşısına çıxartdılar.

Read Həvarilərin Işləri 18Həvarilərin Işləri 18
Compare Həvarilərin Işləri 18:6-12Həvarilərin Işləri 18:6-12