Text copied!
Bibles in South Azerbaijani

Həvarilərin Işləri 18:6-12 in South Azerbaijani

Help us?

Həvarilərin Işləri 18:6-12 in Azərbaycan dilində Müqəddəs Kitab

6 Amma Yəhudilər onun əleyhinə çıxaraq böhtan atmağa başlayan kimi Paul yaxasını çırpıb onlara dedi: «Qanınız öz başınıza dönsün, mən bu işdə təmizəm. Bundan sonra başqa millətlərdən olanların yanına gedəcəyəm».
7 Paul oradan çıxdı, Allaha mömin olan Titi Yust adlı bir nəfərin evinə getdi. Onun evi sinaqoqa bitişik idi.
8 Sinaqoq rəisi Krisp bütün ev əhli ilə birgə Rəbbə iman etdi. Korinflilərin bir çoxu Paulu dinləyəndə iman gətirərək vəftiz oldu.
9 Bir gecə Rəbb görüntüdə Paula dedi: «Qorxma, danış, susma.
10 Bax Mən səninləyəm, heç kimin sənə pisliyi dəyməyəcək, çünki bu şəhərdə xalqım çoxdur».
11 Paul orada il yarım qaldı və dayanmadan xalqa Allahın kəlamını öyrətdi.
12 Axayya valisi Qalliyo olan zaman Yəhudilər birləşərək Paula hücum etdilər və onu valinin hökm kürsüsü qarşısına çıxartdılar.
Həvarilərin Işləri 18 in Azərbaycan dilində Müqəddəs Kitab