47Çünki Rəbbin bizə əmri belə idi: “Səni millətlərə nur etmişəm ki, Xilası dünyanın ən uzaq yerlərinə yayasan”».
48Başqa millətlərdən olanlar bunu eşidərkən sevinirdilər və Rəbbin kəlamını izzətləndirirdilər. Əbədi həyat üçün təyin olunanların hamısı iman gətirdi.
49Beləliklə, Rəbbin kəlamı bütün bölgəyə yayıldı.