Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - 1 Korinflilərə

1 Korinflilərə 3

Help us?
Click on verse(s) to share them!
1Ey qardaşlar, mən sizinlə ruhani insanlar kimi deyil, cismani təbiətə görə yaşayan, Məsihdə körpə olan insanlar kimi danışa bildim.
2Mən sizi bərk yeməklərlə deyil, südlə qidalandırdım. Çünki bərk yeməklərə hazır deyildiniz, indi də hazır deyilsiniz.
3Çünki siz hələ də cismanisiniz. Əgər aranızda qısqanclıq və münaqişə varsa, onda siz cismani deyilsinizmi? Adi insanlar kimi həyat sürmürsünüzmü?
4Əgər biriniz «mən Paulun ardıcılıyam», başqası isə «mən Apollonun ardıcılıyam» deyirsə, siz adi insanlar deyilsinizmi?
5Apollo kimdir, Paul kimdir? Rəbb hər birimizə təyin etdiyi kimi yalnız iman etməyinizə vasitəçi olan xidmətçiyik.
6Mən əkdim, Apollo suladı, amma Allah böyütdü.
7Buna görə də mühüm olan əkən ya da sulayan deyil, əkiləni böyüdən Allahdır.
8Əkənlə sulayanın isə dəyəri eynidir. Hər biri öz zəhmətinə görə mükafat alacaq.
9Çünki biz Allahın əməkdaşlarıyıq. Sizsə Allahın zəmisi, Allahın tikilisisiniz.
10Allahın mənə verdiyi lütfə görə bir mahir bənna kimi bünövrəni qoydum, başqası isə onun üzərində inşa edir. Amma hər kəs necə inşa etdiyinə diqqət yetirsin.
11Çünki heç kim qoyulan bünövrədən, yəni İsa Məsihdən başqa bir təməl qoya bilməz.
12Bu bünövrənin üstündə qızıldan, gümüşdən, qiymətli daşlardan, taxtadan, samandan, küləşdən kim nə isə inşa edərsə,
13onun əməli bəlli olacaq və qiyamət günü onu ortaya çıxaracaq, çünki odla aşkar olunacaq. Od da hər birinin əməlinin keyfiyyətini sınaqdan keçirəcək.
14Kimin inşa etdiyi əməl tab gətirsə, mükafat alacaq.
15Kimin əməli yanıb yox olsa, o zərər çəkəcək. Özü isə xilas olacaq, amma sanki od içindən keçəcək.
16Məgər bilmirsiniz ki, siz Allahın məbədisiniz və Allahın Ruhu sizdə yaşayır?
17Kim Allahın məbədinə ziyan vursa, Allah da ona ziyan vuracaq. Çünki Allahın məbədi müqəddəsdir və bu məbəd sizsiniz.
18Qoy heç kim özünü aldatmasın. Sizlərdən biri bu dövrdə özünü müdrik sayırsa, müdrik olmaq üçün ağılsız olsun.

19Çünki bu dünyanın müdrikliyi Allah qarşısında ağılsızlıqdır. Necə ki yazılıb: «O, müdrikləri hiylə qurarkən yaxalayır».
20Yenə də yazılıb: «Rəbb müdriklərin düşüncələrini, bunların boş olduğunu bilər».
21Eləcə qoy heç kim insanlarla öyünməsin, çünki hər şey sizindir.
22İstər Paul, istər Apollo, istər Kefa olsun, dünya, həyat, ölüm, indiki və gələcək zaman – hər şey sizindir.
23Sizsə Məsihinsiniz, Məsih də Allahındır.