13Pilat bu sözü eşitdikdə İsanı bayıra apardı və ibranicə Qabbata, yəni Daş döşəmə deyilən yerdə hökm kürsüsünə oturdu.
14Pasxaya hazırlıq günü idi. Altıncı saat radələri idi. Pilat Yəhudilərə «Padşahınız budur!» dedi.
15Amma onlar «Yox, rədd olsun, rədd olsun! Onu çarmıxa çək!» deyə bağırdı. Pilat onlardan soruşdu: «Padşahınızımı çarmıxa çəkim?» Başçı kahinlər cavab verdilər: «Qeysərdən başqa padşahımız yoxdur!»
16Onda Pilat İsanı çarmıxa çəkilmək üçün onlara təslim etdi. Əsgərlər İsanı götürüb apardılar.
17İsa çarmıxını Özü daşıyaraq ibranicə Qolqota, yəni «Kəllə yeri» adlanan yerə çıxdı.