Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Vaiz - Vaiz 10

Vaiz 10:1-13

Help us?
Click on verse(s) to share them!
1Ölü milçəklər ətirdüzəldənin yağını İylədib xarab edər. Kiçik ağılsızlıq da Hikmət və hörmət sahibini rüsvay edər.
2Hikmətli adamın ürəyi düzlüyə tərəf yönələr, Ağılsız adamın ürəyi əyriliyə.
3O yol gedəndə də ağlının azlığı bilinər, Ağılsız olduğunu hamıya göstərər.
4Əgər hakimin qəzəbi sənə qarşı alovlansa, Yerindən tərpənmə. Çünki sakitlik Böyük xətaların üstünü örtər.
5Səma altında bir dərd də gördüm: O da hökmdarın əlindən çıxan səhvdir.
6Ağılsızlar yüksək vəzifələrə qoyulur, Halbuki varlılar aşağıda oturur.
7Gördüm ki, qullar necə at üstündə, Ağalar isə qul kimi piyada gedir.
8Quyu qazan içinə özü düşə bilər, Divar sökəni ilan sanca bilər.
9Daş kəsəni daşlar yaralar, Odun yarana odun xətər yetirər.
10Əgər balta kütdürsə, Onun ağzı itilənməyə verilməyibsə, Daha çox güc sərf olunmalıdır. Amma hikmət insanın köməyinə çatar.
11Əgər ilan ovsun oxunmazdan qabaq sancsa, Ovsunçu çağırmağın faydası yoxdur.
12Hikmətli adamın ağzından lütfkar sözlər çıxar, Lakin ağılsız öz dili ilə həlakına yol açar.
13Onun dilindəki sözlər ağılsızlıqla başlanar, Danışığının axırı da sarsaqlıqdır.

Read Vaiz 10Vaiz 10
Compare Vaiz 10:1-13Vaiz 10:1-13