Text copied!
Bibles in South Azerbaijani

Vaiz 10:1-13 in South Azerbaijani

Help us?

Vaiz 10:1-13 in Azərbaycan dilində Müqəddəs Kitab

1 Ölü milçəklər ətirdüzəldənin yağını İylədib xarab edər. Kiçik ağılsızlıq da Hikmət və hörmət sahibini rüsvay edər.
2 Hikmətli adamın ürəyi düzlüyə tərəf yönələr, Ağılsız adamın ürəyi əyriliyə.
3 O yol gedəndə də ağlının azlığı bilinər, Ağılsız olduğunu hamıya göstərər.
4 Əgər hakimin qəzəbi sənə qarşı alovlansa, Yerindən tərpənmə. Çünki sakitlik Böyük xətaların üstünü örtər.
5 Səma altında bir dərd də gördüm: O da hökmdarın əlindən çıxan səhvdir.
6 Ağılsızlar yüksək vəzifələrə qoyulur, Halbuki varlılar aşağıda oturur.
7 Gördüm ki, qullar necə at üstündə, Ağalar isə qul kimi piyada gedir.
8 Quyu qazan içinə özü düşə bilər, Divar sökəni ilan sanca bilər.
9 Daş kəsəni daşlar yaralar, Odun yarana odun xətər yetirər.
10 Əgər balta kütdürsə, Onun ağzı itilənməyə verilməyibsə, Daha çox güc sərf olunmalıdır. Amma hikmət insanın köməyinə çatar.
11 Əgər ilan ovsun oxunmazdan qabaq sancsa, Ovsunçu çağırmağın faydası yoxdur.
12 Hikmətli adamın ağzından lütfkar sözlər çıxar, Lakin ağılsız öz dili ilə həlakına yol açar.
13 Onun dilindəki sözlər ağılsızlıqla başlanar, Danışığının axırı da sarsaqlıqdır.
Vaiz 10 in Azərbaycan dilində Müqəddəs Kitab