Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Nəğmələr Nəğməsi - Nəğmələr Nəğməsi 2

Nəğmələr Nəğməsi 2:9-16

Help us?
Click on verse(s) to share them!
9Sevgilim ahuya, maral balasına oxşayır, Budur, hasarımızın o tayında dayanır, Pəncərələrdən boylanır, barmaqlıqlardan baxır.
10Mənə belə dedi sevgilim: «Dur gəl, yarım, gözəlim.
11Budur, artıq qış keçib, Yağıntılar kəsilib.
12Hər yanda güllər bitib, Nəğmə oxumağın zamanı yetib, Qumrunun səsi torpağı bürüyüb.
13Əncir yaşıl bar gətirib, Üzüm çiçəklənib ətrini saçır. Dur gəl, yarım, gözəlim!»
14Ey gözəl göyərçinim, Sanki sal qayalarda, sıldırımlarda gizlənmisən. Qoy üzünü görüm, səsini eşidim, Çünki şirin səsli, gözəl surətlisən.
15Tülküləri, kiçik tülküləri tutun, Üzümlükləri korlamağa qoymayın, Çünki bağlarımız çiçəklənib.
16Sevgilim mənimdir, mən də onunam, O, sürüsünü zanbaqlıq içərisində otarır.

Read Nəğmələr Nəğməsi 2Nəğmələr Nəğməsi 2
Compare Nəğmələr Nəğməsi 2:9-16Nəğmələr Nəğməsi 2:9-16