Text copied!
Bibles in South Azerbaijani

Nəğmələr Nəğməsi 2:9-16 in South Azerbaijani

Help us?

Nəğmələr Nəğməsi 2:9-16 in Azərbaycan dilində Müqəddəs Kitab

9 Sevgilim ahuya, maral balasına oxşayır, Budur, hasarımızın o tayında dayanır, Pəncərələrdən boylanır, barmaqlıqlardan baxır.
10 Mənə belə dedi sevgilim: «Dur gəl, yarım, gözəlim.
11 Budur, artıq qış keçib, Yağıntılar kəsilib.
12 Hər yanda güllər bitib, Nəğmə oxumağın zamanı yetib, Qumrunun səsi torpağı bürüyüb.
13 Əncir yaşıl bar gətirib, Üzüm çiçəklənib ətrini saçır. Dur gəl, yarım, gözəlim!»
14 Ey gözəl göyərçinim, Sanki sal qayalarda, sıldırımlarda gizlənmisən. Qoy üzünü görüm, səsini eşidim, Çünki şirin səsli, gözəl surətlisən.
15 Tülküləri, kiçik tülküləri tutun, Üzümlükləri korlamağa qoymayın, Çünki bağlarımız çiçəklənib.
16 Sevgilim mənimdir, mən də onunam, O, sürüsünü zanbaqlıq içərisində otarır.
Nəğmələr Nəğməsi 2 in Azərbaycan dilində Müqəddəs Kitab