Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yəhya - Yəhya 3

Yəhya 3:8-16

Help us?
Click on verse(s) to share them!
8Yel istədiyi yerdə əsir, onun səsini eşidirsən, amma haradan gəlib haraya getdiyini bilmirsən. Ruhdan doğulmuş adam da belədir».
9Nikodim «Bu şeylər necə ola bilər?» deyə soruşdu.
10İsa ona cavab verdi: «Sən İsrailin müəllimisən. Bunları bilmirsənmi?
11Doğrusunu, doğrusunu sənə deyirəm: biz bildiyimizi söyləyirik, gördüyümüzə şəhadət edirik, amma siz bizim şəhadətimizi qəbul etmirsiniz.
12Əgər Mən sizə yerdəki işlərdən danışanda inanmırsınızsa, göydəki işlərdən danışsam, necə inanacaqsınız?
13Heç kəs göyə çıxmayıb, yalnız göydən enmiş Bəşər Oğlu orada olub.
14Musa çöldə ilanı yuxarı qaldırdığı kimi Bəşər Oğlu da yuxarı qaldırılmalıdır ki,
15Ona iman edən hər kəs əbədi həyata malik olsun».
16Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun.

Read Yəhya 3Yəhya 3
Compare Yəhya 3:8-16Yəhya 3:8-16