5Nə günəş üzü görür, nə də bir şey bilir. Amma bu uşağın rahatlığı o adamınkından çoxdur.
6Çünki o adam iki dəfə min il ömür sürsə də, sevincin nə olduğunu bilmir. Məgər hər ikisi eyni yerə getmirmi?
7İnsan bütün zəhməti Qarnı üçün çəkir, Amma yenə də iştahası bitib-tükənmir.
8Hikmətli adamın ağılsızdan Nə üstünlüyü var? Yoxsul başqa insanlarla Necə rəftar etməyi bilsə də, Bunun ona nə faydası var?
9Gözün görməsi ürəyin istəməsindən yaxşıdır. Bu da puçdur, külək dalınca qaçmağa bənzər.
10Nə varsa, adı çoxdan qoyulmuşdur, İnsanın da nə olduğu bilinir. Heç kəs özündən güclü ilə güləşə bilməz.
11Sözün çoxluğu puçluğu çoxaldır. Bunun insana nə faydası var?
12Görəsən kim bilir ki, kölgə kimi keçən qısa puç həyatda insan üçün yaxşı şey nədir? Kim insana deyə bilər ki, özündən sonra səma altında nə baş verəcək?