11Sənə düymələri gümüşdən Qızıl silsilə düzəldəcəyik.
12Padşah süfrəsində oturarkən Hər yanı nard çiçəyimin ətri bürüyür.
13Mənim üçün sevgilim Döşlərimin arasında yatan mirra kisəsidir.
14Mənim üçün sevgilim En-Gedinin üzüm bağlarındakı bir dəstə xınagülüdür.
15Ey yarım, nə gözəlsən, nə gözəlsən! Göyərçin gözlüsən!
16Ey sevgilim, nə gözəlsən, Sən nə qədər şirinsən! Yaşıldır yatağımız.