Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Luka - Luka 22

Luka 22:15-25

Help us?
Click on verse(s) to share them!
15İsa onlara dedi: «Mən əzab çəkməzdən əvvəl bu Pasxa yeməyini sizinlə birgə yeməyi çox arzulayırdım.
16Sizə bunu deyirəm: Pasxa Allahın Padşahlığında yerinə yetənədək Mən bir daha onu yeməyəcəyəm».
17Sonra İsa bir kasa götürüb şükür etdi və dedi: «Bunu götürün və aranızda bölüşdürün.
18Mən sizə deyirəm: Allahın Padşahlığı gələnədək üzüm ağacının məhsulundan əsla içməyəcəyəm».
19Sonra İsa çörək götürdü, şükür edib onu böldü və şagirdlərə verərək dedi: «Bu Mənim sizin üçün verilən bədənimdir. Bunu Məni xatırlamaq üçün edin».
20Eləcə də axşam yeməyindən sonra kasanı götürüb dedi: «Sizin üçün axıdılan bu kasa Mənim qanımla bağladığım Yeni Əhddir.
21Amma budur, Mənə xəyanət edən Mənimlə birlikdə əlini bu süfrəyə uzadır.
22Bəşər Oğlu təyin edilmiş yolla gedir. Amma vay o adamın halına ki, Ona xəyanət edir!»
23Şagirdlər öz aralarında bunu kimin edəcəyini araşdırmağa başladılar.
24Aralarında onlardan kimin ən böyük sayılacağı barəsində bir mübahisə də oldu.
25Amma İsa onlara dedi: «Millətlərin padşahları onların üzərində hökm edir və bu hakimiyyətdə olanlar himayədar adlanır.

Read Luka 22Luka 22
Compare Luka 22:15-25Luka 22:15-25