Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Luka - Luka 11

Luka 11:5-11

Help us?
Click on verse(s) to share them!
5Sonra İsa onlara dedi: «Məsələn, sizlərdən birinin bir dostu var. O da gecə yarısı dostunun yanına gedib deyir: “Dostum, mənə üç kömbə çörək borc ver,
6çünki yanıma dostum gəlib, qabağına qoyacaq heç nəyim yoxdur”.
7Dostu da içəridən belə cavab verir: “Məni narahat etmə. Qapı artıq qıfıllıdır, uşaqlarım yanımda yatıb, mən durub sənə bir şey verə bilmərəm”.
8Sizə deyim ki, o həmin adamla dost olduğu halda vermək istəməsə də, təkidlə xahiş etdiyinə görə qalxıb nə qədər ehtiyacı olsa, ona verəcək.
9Mən sizə bunu deyirəm: diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq.
10Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar.
11Aranızdan hansı ata oğlu ondan balıq diləsə, ona balıq yerinə ilan verər?

Read Luka 11Luka 11
Compare Luka 11:5-11Luka 11:5-11