Text copied!
Bibles in South Azerbaijani

Luka 11:5-11 in South Azerbaijani

Help us?

Luka 11:5-11 in Azərbaycan dilində Müqəddəs Kitab

5 Sonra İsa onlara dedi: «Məsələn, sizlərdən birinin bir dostu var. O da gecə yarısı dostunun yanına gedib deyir: “Dostum, mənə üç kömbə çörək borc ver,
6 çünki yanıma dostum gəlib, qabağına qoyacaq heç nəyim yoxdur”.
7 Dostu da içəridən belə cavab verir: “Məni narahat etmə. Qapı artıq qıfıllıdır, uşaqlarım yanımda yatıb, mən durub sənə bir şey verə bilmərəm”.
8 Sizə deyim ki, o həmin adamla dost olduğu halda vermək istəməsə də, təkidlə xahiş etdiyinə görə qalxıb nə qədər ehtiyacı olsa, ona verəcək.
9 Mən sizə bunu deyirəm: diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq.
10 Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar.
11 Aranızdan hansı ata oğlu ondan balıq diləsə, ona balıq yerinə ilan verər?
Luka 11 in Azərbaycan dilində Müqəddəs Kitab